Entries by info@mingachevirtextile.az

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günüdür

Uşaq – heç bir sözlə ifadə edilməyən və dəyəri heç nə ilə ölçülməyən əvəzsiz bir varlıqdır. Sağlamlıq imkanları məhdud uşaqların xüsusi qayğıya və nəvazişə daha çox ehtiyacı var. 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Mingəçevir Tekstil”-in əməkdaşları Mingəçevir şəhəri Uşaq Nevroloji sanatoriyasında olan balaca vətəndaşlarımız üçün maraqlı bayram proqramı təşkil edərək onları təbrik etdilər.  

Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbərinin Mingəçevir Tekstilə səfəri

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas 22.05.2019 tarixində Mingəçevir şəhərinə səfəri zamanı “Mingəçevir Tekstil”-in qonağı olmuşdur. Fabrikin rəhbərliyi ilə görüş zamanı cənab Yankauskas rəhbərlik etdiyi nümayəndəliyin fəaliyyəti barədə məlumat verdi, eyni zamanda “Mingəçevir Tekstil”-in rəhbərliyi fabrikin fəaliyyəti, mövcud işi və gələcək layihələri ilə bağlı müzakirələr aparmışdır. Qonaqlar fabriklərin istehsalat prosesləri ilə yaxından tanış […]

Dünya şöhrətli mühəndis Dr.Yehya Elmoqazi Mingəçevir Tekstilin qönağı olub.

Təhsil proqramının inkişafında 35 il təcrübəsi olan pedaqoq, qüsurların diaqnostikası və qiymətləndirilməsi, keyfiyyət mübahisələri, lif qarışığı və qarışdırma, iplik və parça keyfiyyəti, xərclərin idarə edilməsi, əməliyyat xərclərinin təhlili və iqtisadi dizaynlar sahəsində dünyada yüzlərlə tekstil şirkətlərinin müraciət etdiyi mühəndis Dr.Yehya Elmoqazi Mingəçevir Tekstilin qönağı olub. O,qısa müddətdə bu qədər nəaliyyətləri əldə edən müəssisəmizə dəyərli məsləhətlər […]

Azərbaycan Texnologiya Universitetinin rəhbərliyinin “Mingəçevir Tekstil”-ə səfəri

Mingəçevir Tekstil MMC-də ixtisaslı kadrların hazırlanmasına, ali təhsil ocaqları ilə tədris-təcrübə mübadiləsinin aparılmasına ayrıca önəm verilir. Azərbaycan Texnologiya Universiteti ilə səmərəli əməkdaşlığın qurulması da bu sırada olan əhəmiyyətli addımlardandır. Gəncə Texnologiya Universitetinin rektoru Akif Süleymanov universitetin professor və müəllim heyyəti ilə birlikdə Mingəçevir Tekstil MMC-nin qonağı olublar. Iplik fabriklərinin istehsal imkanları,avadanlıqların iş rejimi ilə ətraflı […]

Mingəçevir Tekstil şirkəti Türkiyənin İstanbul şəhərində keçirilən 16-cı iplik sərgisində iştirak etdi.

28 Fevral – 2 Mart 2019 tarixlərində Mingəçevir Tekstil şirkəti Türkiyənin İstanbul şəhərində keçirilən 16-cı iplik sərgisində iştirak etmişdir. Sərgi ərzində stendimizi dünyanın 16-dan çox ölkəsindən 600-ə yaxın ziyarətçi ziyarət etmiş, təxminən 100-ə yaxın ziyarətçi isə gələcəkdə potensial alıcı kimi dəyərləndirilməklə müvafiq məlumat bazasına daxil edilmişdir. Sərgi ümumilikdə Mingəçevir Tekstil şirkətinə həm təmsil olunduğu sektor […]

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Mingəçevir Tekstil” MMC-nin iki müəssisəsinin açılışında iştirak ediblər.

Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsinin açılışında iştirak ediblər.AZƏRTAC xəbər verir ki, Azərbaycanda qeyri-neft sənayesinin davamlı inkişafında, yerli ehtiyatlardan istifadə etməklə sənaye sahələrinin yaradılması, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluqda sənayenin xüsusi […]