Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas 22.05.2019 tarixində Mingəçevir şəhərinə səfəri zamanı “Mingəçevir Tekstil”-in qonağı olmuşdur. Fabrikin rəhbərliyi ilə görüş zamanı cənab Yankauskas rəhbərlik etdiyi nümayəndəliyin fəaliyyəti barədə məlumat verdi, eyni zamanda “Mingəçevir Tekstil”-in rəhbərliyi fabrikin fəaliyyəti, mövcud işi və gələcək layihələri ilə bağlı müzakirələr aparmışdır. Qonaqlar fabriklərin istehsalat prosesləri ilə yaxından tanış oldular. Səfir Yankauskas “Mingəçevir Tekstil”-in Avropa bazarında hal-hazırda yer tutmağına baxmayaraq, diversifikasiyanı daha da artırmaqda dəstək ola biləcəyini bildirmişdir.