Cümhuriyyət tariximizin 101 illiyinin qürurunu yaşayırıq.101 il əvvəl ucalan üç rəngli bayrağımız başımızın üstündə əbədi dalğalansın!

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas 22.05.2019 tarixində Mingəçevir şəhərinə səfəri zamanı “Mingəçevir Tekstil”-in qonağı olmuşdur. Fabrikin rəhbərliyi ilə görüş zamanı cənab Yankauskas rəhbərlik etdiyi nümayəndəliyin fəaliyyəti barədə məlumat verdi, eyni zamanda “Mingəçevir Tekstil”-in rəhbərliyi fabrikin fəaliyyəti, mövcud işi və gələcək layihələri ilə bağlı müzakirələr aparmışdır. Qonaqlar fabriklərin istehsalat prosesləri ilə yaxından tanış oldular. Səfir Yankauskas “Mingəçevir Tekstil”-in Avropa bazarında hal-hazırda yer tutmağına baxmayaraq, diversifikasiyanı daha da artırmaqda dəstək ola biləcəyini bildirmişdir.