Təhsil proqramının inkişafında 35 il təcrübəsi olan pedaqoq, qüsurların diaqnostikası və qiymətləndirilməsi, keyfiyyət mübahisələri, lif qarışığı və qarışdırma, iplik və parça keyfiyyəti, xərclərin idarə edilməsi, əməliyyat xərclərinin təhlili və iqtisadi dizaynlar sahəsində dünyada yüzlərlə tekstil şirkətlərinin müraciət etdiyi mühəndis Dr.Yehya Elmoqazi Mingəçevir Tekstilin qönağı olub. O,qısa müddətdə bu qədər nəaliyyətləri əldə edən müəssisəmizə dəyərli məsləhətlər verərək daha böyük uğurlar qazanmağı arzu etdi.

Mingəçevir Tekstil MMC-də ixtisaslı kadrların hazırlanmasına, ali təhsil ocaqları ilə tədris-təcrübə mübadiləsinin aparılmasına ayrıca önəm verilir. Azərbaycan Texnologiya Universiteti ilə səmərəli əməkdaşlığın qurulması da bu sırada olan əhəmiyyətli addımlardandır. Gəncə Texnologiya Universitetinin rektoru Akif Süleymanov universitetin professor və müəllim heyyəti ilə birlikdə Mingəçevir Tekstil MMC-nin qonağı olublar. Iplik fabriklərinin istehsal imkanları,avadanlıqların iş rejimi ilə ətraflı tanış olan Azərbaycan Texnologiya Universitetinin nümayəndə heyəti əməkdaşlığı daha da genişləndirmək qərarına gəliblər. Belə ki, Mingəçevir Tekstil və Azərbaycan Texnologiya Universiteti ilə birlikdə elmi-tədqiqat və məlumat mərkəzi yaradacaqlar.

28 Fevral – 2 Mart 2019 tarixlərində Mingəçevir Tekstil şirkəti Türkiyənin İstanbul şəhərində keçirilən 16-cı iplik sərgisində iştirak etmişdir.
Sərgi ərzində stendimizi dünyanın 16-dan çox ölkəsindən 600-ə yaxın ziyarətçi ziyarət etmiş, təxminən 100-ə yaxın ziyarətçi isə gələcəkdə potensial alıcı kimi dəyərləndirilməklə müvafiq məlumat bazasına daxil edilmişdir.
Sərgi ümumilikdə Mingəçevir Tekstil şirkətinə həm təmsil olunduğu sektor içərisində öz tanıtımı üçün bir cəhd, həm də real müştərilərə çıxmaqda irəli atılmış bir addım olaraq dəyərləndirilə bilər.
Sadalananlardan əlavə sərgi pambıq iplik sektorunda yeni fəaliyyətə başlayan Mingəçevir Tekstil şirkəti üçün ideal bazar araşdırma imkanlarını da özündə cəmləmişdir. Bu isə sektorun demək olar əksər iri oyunçuları, istehsalçılar və vasitəçiləri tanımaq baxımından əhəmiyyətlidir.