Mingəçevir Tekstil MMC 14-17 aprel 2018- ci il tarixində Türkiyənin İstanbul şəhərində keçirilən 15- ci TUYAP Beynəlxalq İplik Sərgisində iştirak edib.Sərgidə dünyanın müxtəlif ölkələrindən: Türkiyə, Hindistan, Çin, Pakistan və s. kimi ölkələrdən 300 –dən çox şirkət iştirak edirdi. Sərgidə iştirakın əsas məqsədi Tekstil Sektorunda özümüzü tanıtmaq, potensial müştərilərlə görüşmək idi.Stendimizi ziyarət edən qonaqlar məhsullarımız haqqında geniş məlumat əldə etdilər, hazırladığımız videoyazını izləyərək fabriklərdə istehsal prosesinin gedişini görmək imkanı əldə etdilər. Azərbaycanda belə bir müəssisənin fəaliyyətə başlamsı münasibəti ilə heyətimizi təbrik edib, gələcək işlərimizdə uğurlar arzuladılar. Eyni zamanda bir sıra şirkətlərdən əməkdaşlıq təklifləri alaraq, özümüzə ən uyğun olan təklifləri dəyərləndirdik.