Hər bir işçidən vəzifəsini lazımi qaydada icra etməyi tələb etdiyimiz kimi, onların hüquqlarının da müdafiəsini özümüzə borc bilirik.
Mingəçevir Tekstil Qafqaz regionunun ən böyük iplik istehsal edən müəsissəsidir. Burada istehsal olunan məhsullar daxili bazarın ehtiyacını ödəməklə yanaşı xarici ölkələrə də ixrac edilir və tekstil sahəsində beynəlxalq markaya çevrilir.
Prinsiplərimiz: İplikdə keyfiyyət, ünvana vaxtında çatıdrılma, müştərinin tələbatını qarşılamaq, davamlı əməkdaşlıq.
Hədəflərimiz: Davamlı inkişaf, yeniliklərin tətbiqi, yeni məhsulların araşdırılması, yeni tərəfdaşların tapılması, təbiətə və ətraf mühitə ziyan vurmadan istehsal prosesini davam etdirmək.
KADR SİYASƏTİ
Mingəçevir Tekstil MMC müasir dövrün tələblərinə cavab verən kadrların seçilməsini təmin edir və onların peşəkarlığının artırılması üçün hər cür şərait yaradır. Eyni zamanda Azərbaycan Respublikasının qanunlarının tələblərinə, işçilərin hüquq və vəzifələrini tənzimləyən norma və qaydalara ciddi əməl edilməsinə, xidməti və peşə borcunun yerinə yetirilməsinə, şirkətimizdə çalışan hər işçiyə etimad və hörmətlə yanaşılmasını özümüzə hədəf seçmişik.
Şirkətdə Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi norma və standartlarına ciddi surətdə əməl edilir.
İşə götürülən hər bir işçi təlimatlandırılır, müvafiq təlimlərdə iştirak etdikdən və zəruri Fərdi Mühafizə Vasitələri ilə təmin edildikdən sonra işə başlayır.
Biz əminik ki, yalnız peşəkar komanda və davamlı inkişaf şirkətimizə bazardakı gərgin rəqabət prosesində uğur qazanmağa kömək edə bilər.
“MİNGƏÇEVİR TEKSTİL” MMC SƏTƏMM ÜZRƏ SİYASƏT
ÜMUMİ SİYASƏT
“Mingəçevir Tekstil” MMC bir işə götürən olaraq öz işçilərinin sağlamlığı, təhlükəsizliyi, və rifahını münasib və real şəkildə təmin etmək vəzifələrini tanıyır və qəbul edir.
“Mingəçevir Tekstil” MMC qonaqlarını, kontaktorları və onun fəaliyyətləri zamanı təsirə məruz qala biləcək ictimaiyyət üzvülərini qorumaq üçün bütün mümkün olan praktik səyləri göstərəcəkdir.
“Mingəçevir Tekstil” MMC bütün müvafiq qanunlara, əsasnamələrə və təcrübələrə riayət edəcək və aşağıdakılar üçün öz səlahiyyəti daxilində tədbirlər görəcəkdir:
- Obyektlərin və avadanlıqların təhlükəsiz istismarı və sağlamlıq üçün risksiz olmasını təmin etmək və saxlamaq,
- Material və maddələrin istifadəsi, ötürülməsi, saxlanması və daşınması zamanı təhlükəsizliyin və sağlamlığa təsir edəcək risklərin olmamasının təmin edilməsi üçün tədbirlər görmək,
- Işdə öz işçilərinin sağlamlıq və təhlükəsizliyini təmin etmək məqsədilə zəruri hallarda lazımi məlumat, təlimat, təlim və rəhbərliklə təmin etmək,
- İş yerlərini təhlükəsiz şəraitdə saxlamaq və ona təhlükəsiz giriş və çıxış yerlərini təmin etmək,
- İşçilər üçün işə münasib olan Fərdi Mühafizə Vasitələrini təşkil etmək,
Bu məqsədlərə nail olmaq üçün müəssisə Sağlamlıq və Təhlükəsizlik İdarəetməsində ən yaxşı təcrübəni irəli sürmək və saxlamaq üçün mümkün resurslardan istifadə etməlidir. “Mingəçevir Tekstil” MMC zədələnmə, xəstəlik və əmlaka ziyan vurulması ilə nəticələnə biləcək hər hansı bədbəxt hadisənin qarşısını almağa cəhd edəcəkdir.
RƏHBƏRLİYİN MƏSULİYYƏTİ
“Mingəçevir Tekstil” MMC qətiyyətlə inanır ki, Sağlamlıq və Təhlükəsizlik əhəmiyyətcə digər hər hansı idarəetmə funksiyasına bərabər idarəetmənin bir aspektidir. Müəssisə zədələnmə və peşə xəstəliyin qarşısını almaq üçün bütün menecer və nəzarətçilərdən Sağlamlıq və Təhlükəsizliyi öz normal vəzifə və məsuliyyətlərinin bir hissəsi hesab etməyi gözləyir. “Mingəçevir Tekstil” MMC-nin iş yerlərində Sağlamlıq və Təhlükəsizlik standartları üçün rəhbərlik cavabdehdir. Sağlamlıq və Təhlükəsizliyə nəzarət ediləcək və işimizin qiymətləndirilməsinin bir hissəsi kimi nəzərə alınacaqdır. Əlaqədar vəzifələr və məsuliyyətlər haqqında ətraflı məlumat SƏTƏMM üzrə qaydalar toplusundadır.
İŞÇİLƏRİN MƏSULİYYƏTİ
“Mingəçevir Tekstil” MMC qanunun tələblərinə və öz Sağlamlıq və Təhlükəsizlik standartlarımıza cavab vermək üçün bütün işçilərindən rəhbərliklə əməkdaşlıq tələb edir. Işçilərə özlərinin və ya digər şəxslərin Sağlamlıq və Təhlükəsizliyinə mənfi təsir edə biləcək riskləri etməməyi xatırladır. Müəssisənin Sağlamlıq və Təhlkəsizlik Siyasətinin hər hansı cür pozuntusu intizam tədbiri ilə nəticələnəcəkdir. Bütün işçilər Sağlamlıq və Təhlükəsizlik İdarəetmə Sistemində göstərildiyi kimi öz vəzifə və məsuliyyətlərinin iş təlimatını alacaqdır.
SAĞLAMLIQ VƏ TƏHLÜKƏSİZLİYƏ KÖMƏK
Sağlamlığın qorunması və Təhlükəsizlik fəaliyyətinin başlıca funksiyası “Mingəçevir Tekstil” MMC-nin Sağlamlıq və Təhlükəsizlik Məqsədlərinə cavab verilməsinə kömək etməkdir. “Mingəçevir Tekstil” MMC-nin Sağlamlıq və Təhlükəsizlik qaydalarının yaradılması, həyata keçirilməsi, monitorinqi və nəzərdən keçirilməsi daxil olmaqla, müəssisədə Sağlamlıq və Təhlükəsizliyin peşəkar və hərtərəfli şəkildə təmin edilməsi üçün Əməliyyat direktoru Direktor qarşısında məsuliyyət daşıyır.
İŞ TƏHLÜKƏSİZLİYİNİN TƏHLİLİ
Ümumi Sağlamlıq və Təhlükəsizlik tədbirlərimizin bir hissəsi kimi, “Mingəçevir Tekstil” MMC tərəfindən yerinə yetirilən bütün işlər üçün Sağlamlıq və Təhlükəsizlik risklərinin münasib və lazımi qiymətləndirilməsi aparılır.
Belə qiymətləndirmələrin məqsədi müvafiq qanunvericiliyə və müəssisə daxili qaydalara uyğun olmaq və işçilərimizin və “Mingəçevir Tekstil” MMC-nin fəaliyyətlərinin təsirinə məruz qalan digər şəxslərin Sağlamlıq və Təhlükəsizliyini təmin etmək üçün zəruri olan müvafiq profilaktik və qoruyucu tədbirləri müəyyən etməkdir.
MƏSLƏHƏTLƏŞMƏ
İşçilərimizin fəal iştirakı olmadan heç bir Sağlamlıq və Təhlükəsizlik Siyasəti uğur qazanmayacaq. Əməliyyat komandamız vasitəsilə Sağlamlıq və Təhlükəsizlik idarəetmə sisteminə dair təhlükəsizliyin yaxşılaşdırılması iclasları keçiriləcəkdir. “Mingəçevir Tekstil” MMC-də SƏTƏMM istiqamətinə nəzarət etmək və onu təkmilləşdirmək məqsədilə qanuni tələblərə uyğun SƏTƏM şöbəsinin rəhbəri təyin edilmişdir.
TƏLİM
“Mingəçevir Tekstil” MMC işçilərimizin özlərinə və başqalarına təhlükə yaratmadan işlərini yerinə yetirmək üçün təcrübəli olmasını təmin etmək məqsədilə Sağlamlıq və Təhlükəsizlik Təliminə ehtiyac duyur. Belə təlim işçinin istiqamətləndirilməsi zamanı və müntəzəm olaraq işlədiyi müddətdə həyata keçiriləcəkdir.
BƏDBƏXT HADİSƏLƏRİN MƏRUZƏ EDİLMƏSİ VƏ ARAŞDIRILMASI
SƏTƏMM şöbəsinin rəhbəri zədələnmə, əmlaka ziyan, xəta və ya uyğunsuzluqlarla əlaqədar bütün hadisələrin başvermə şəraiti və səbəblərini araşdırmaq və məruzə etmək üçün məsuliyyət daşıyır. Zəruri hallarda, müstəqil hadisə araşdırmasında digər struktur bölmə əməkdaşları və rəhbərləri ona kömək edəcəkdir.
Bədbəxt hadisələr üçün müvafiq məruzə forması doldurulacaq. Bütün məruzələrin surətləri Direktora göndəriləcəkdir.
Müəyyən hallarda müəssisə xarici orqan(lar)la məsləhətləşmə apara bilər. O zaman onlar hadisə haqqında bütün məlumatlarla təmin ediləcəkdir.
SİYASƏTİN NƏŞRİ
Bu siyasətin surətləri bütün işçilərə çatdırılacaq və “Mingəçevir Tekstil” MMC-nin iş sahələrində asılacaqdır. O bütün kontaktorlar, müştərilər və qonaqların diqqətinə çatdırılacaq və hər hansı maraqlı tərəfə təqdim ediləcəkdir.
SİYASƏTİN NƏZƏRDƏN KEÇİRİLMƏSİ
“Mingəçevir Tekstil” MMC-nin SƏTƏMM siyasəti müntəzəm surətdə nəzərdən keçiriləcək və hər hansı qanunvericilik dəyişikliyi və/ya müəssisənin ehtiyaclarından asılı olaraq ona düzəlişlər ediləcək. Lazım gəldikdə, yeni SƏTƏMM məqsədləri müəyyən edilib iş sahələrinə yayımlanacaq.
TƏBİƏT VƏ ƏTRAF MÜHİT
Təbiət və ətraf mühitə ziyan vurmadan istehsal prosesini davam etdirmək bizim əsas hədəflərimizdən biridir. İstehsal prosesi zamanı ətraf mühitin çirklənməməsi üçün lazım olan bütün zəruri tədbirlər həyata keçirilir.